Yazılar Microsoft Word yazı proqramında,(journal@beu.edu.az) ünvanına göndərilməlidir. Göndərilən məqalələrdə aşağıdakılara nəzərə alınmalıdır:
Məqalənin başlığı, müəllifin adı, soyadı,
İş yeri,
Elektron ünvanı,
Xülasə və açar sözlər.
Məqalədə başlıq hər xülasədən əvvəl ortada, qara və böyük hərflə xülasələrin yazıldığı hər üç dildə olmalıdır.
Xülasə 100-150 söz aralığında olmaqla, 9 punto yazı tipi böyüklüyündə, məqalənin yazıldığı dildə və bundan əlavə yuxarıda göstərilən iki dildə olmalıdır. Məqalənin hər üç dildə yazılmış xülasəsi bir-birinin eyni olmalıdır. Açar sözlər uyğun xülasələrin sonunda onun yazıldığı dildə verilməklə ən azı üç sözdən ibarət olmalıdır.
Məqalədə UOT və PACS kodları göstərilməlidir.
Məqalə aşağıdakılardan ibarət olmalıdır:
Giriş,
Tədqiqat metodu
Tədqiqat işinin müzakirəsi və onun nəticələri,
İstinad ədəbiyyatı rus dilində olduğu halda orjinal dili mötərzə içərisində göstərməklə yalnız Latın əlifbası ilə verilməlidir.